Bank Of Baku

Qurban Qurbanov: “Komandam potensialından istifadə etsə, “Xəzər-Lənkəran” üzərində qələbə qazanacağıq”

Qurban Qurbanov: “Komandam potensialından istifadə etsə, “Xəzər-Lənkəran” üzərində qələbə qazanacağıq”
# 15 fevral 2007 09:34 (UTC +04:00)
“Komandamın potensialı böyükdür. Futbolçular bundan istifadə etsələr, “Xəzər-Lənkəran” üzərində qələbə qazanacağıq”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun baş məşqçisi Qurban Qurbanov bildirib. Baş məşqçinin sözlərinə görə, sabahkı oyuna ciddi hazırlaşan komandada psixoloji baxımdan gərginlik yoxdur: “İkinci dövrənin ilk turunda Sumqayıtda “Gənclərbirliyi” üzərində qələbə qazanmağın çətin olacağını əvvəlcədən bilirdik. Komandanı bu çətinliyə hazırlaşdırmışdıq. Həmin oyunda qələbə qazanmaq üçün üzləşdiyimiz problem “Xəzər-Lənkəran” ilə görüş öncəsi psixoloji gərginlik yaratmır. Çempionatımızın hazırkı lideri ilə görüşə ciddi hazırlaşırıq. Hər bir futbolçu ilə söhbətim olub və hamı oyunun məsuliyyətini, nəticə qazanmağın əhəmiyyətini yaxşı dərk edir”. Q.Qurbanov, həmçinin, bildirib ki, “Gənclərbirliyi” ilə müqayisədə “Xəzər-Lənkəran”la görüşdə komandasının heyətində böyük dəyişiklik olmayacaq. Məşqçinin sözlərinə görə, nəticə qazanmaq üçün hücum futboluna üstünlük versələr də, müdafiəni də yaddan çıxartmayacaqlar: “Rəqibimizin səviyyəsinə yaxşı bələdik. “Xəzər-Lənkəran” komandasının hər bir oyunçusunu çox yaxşı tanıyırıq. Azarkeşlərə baxımlı futbol nümayiş etdirməyə çalışacağıq. Rəqiblə aramızda olan 8 xal fərqi böyük olduğundan, çempionluq uğrunda rəqabəti saxlamaq üçün mütləq qələbə qazanmalıyıq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR