Bank Of Baku

Vadim Boretslə Aleksandr Çertoqanov “Xəzər-Lənkəran”la oyunda meydana çıxa biləcəklər

Vadim Boretslə Aleksandr Çertoqanov “Xəzər-Lənkəran”la oyunda meydana çıxa biləcəklər
# 15 fevral 2007 10:14 (UTC +04:00)
“Neftçi” klubunun əsas heyət oyunçuları Mahir Şükürov, Aleksandr Çertoqanov və Vadim Borets “Xəzər-Lənkəran” ilə görüşdə meydana çıxmağa hazırlaşırlar. “APA-Sport” agentliyinin məlumatına görə, XV Azərbaycan çempionatının ikinci dövrəsinin ilk turunda Sumqayıtın “Gənclərbirliyi” klubu ilə oyunda adları oyunun iştirak ərizəsinə daxil edilməyən bu üç futbolçunun “Xəzər-Lənkəran”a qarşı oynamasında artıq problem yoxdur. Qeyd edək ki, “Neftçi” M.Şükürov, A.Çertoqanov və V.Boretsi “Gənclərbirliyi” ilə görüşdə meydana çıxmamaqlarının səbəbi cari mövsümdə dördüncü sarı vərəqə alıb “Xəzər-Lənkəran”la oyunda cəzalı duruma düşmək təhlükəsini ilə bağlı idi. Qeyd edək ki, “Neftçi” “Xəzər-Lənkəran” ilə oyuna hazırlıq məqsədi ilə bazasında təlim-məşq toplanışına yığışıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR