Bank Of Baku

Ağasəlim Mircavadov: “Əsas məqsəd “Neftçi” ilə 8 xallıq fərqi qorumaqdır”

Ağasəlim Mircavadov: “Əsas məqsəd “Neftçi” ilə 8 xallıq fərqi qorumaqdır”
# 15 fevral 2007 11:40 (UTC +04:00)
“İkinci dövrənin ilk turunda oynamamağımız “Neftçi” ilə qarşılaşmada büruzə verəcək”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov bildirib. A.Mircavadovun sözlərinə görə, ilk turu buraxmaq “Neftçi” ilə vacib oyun öncəsi komandanı oyun ritmindən salır: “İkinci dövrənin ilk turunda “Neftçi” kimi, biz də oynasaydıq, yaxşı olardı. Ancaq ikinci dövrənin ilk turunda kənarda qalmağımız bizdən asılı olmadı. Təqvimin belə olması ilə barışmalı olduq”. “Neftçi” klubunun ötən turdakı oyununu izləmədiyini söyləyən təcrübəli çalışdırıcı rəqibi yaxşı tanıdığını bildirib: “Müəyyən səbəblərdən “Neftçi”nin Sumqayıtdakı oyununu izləyə bilmədim. Hər halda, bu komanda mənə yaxşı tanışdır. Hazırlığımız plana uyğun qayda gedir. “Neftçi” ilə oyun bizim üçün adi çempionat oyunlarından biridir. Əsas məqsəd turnir cədvəlində “Neftçi” ilə 8 xallıq fərqi qorumaqdır. Ancaq bu, o demək deyil ki, qələbə haqda düşünməyəcəyik. Əsas məsələ komandamın öz oyununu göstərməsidir. “Neftçi” ilə qarşılaşmada bunu bacarsaq, uğur qazanacağıq. “Neftçi”yə qarşı hansı heyəti oynadacağımı artıq müəyyənləşdirmişəm”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR