Bank Of Baku

Anatoli Banişevskinin xatirə turnirində iştirak edəcək komandalar müəyyənləşib

Anatoli Banişevskinin xatirə turnirində iştirak edəcək komandalar müəyyənləşib
# 15 fevral 2007 11:52 (UTC +04:00)
“Neftçi” Veteranları Futbol Klubu mərhum futbolçu Anatoli Banişevskinin anadan olmasının 61-ci ildönümü münasibətilə 1991-ci il təvəllüdlü futbolçular arasında turnir təşkil edəcək. Bu haqda “APA-Sport” agentliyinə “Neftçi” Veteranları Futbol Klubunun prezidenti Oqtay Abdullayev məlumat verib. O.Abdullayevin sözlərinə görə, fevralın 21-də startı veriləcək turnirdə altı komanda yarışacaq. Üç gün davam edəcək birincilikdə Bakının “Neftçi”, İnter”, “Olimpiya” və Bakı Kəndlər Birliyinin yığma komandası ilə yanaşı, iki Gürcüstan təmsilçisi “Şevardeni” və “Qardabani” klublarının iştirakı nəzərdə tutulub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR