Bank Of Baku

UEFA prezidenti Mişel Platini oyunların beş hakimin tərəfindən idarə olunması təklifi ilə çıxış edib

UEFA prezidenti Mişel Platini oyunların beş hakimin tərəfindən idarə olunması təklifi ilə çıxış edib
# 15 fevral 2007 12:18 (UTC +04:00)
UEFA prezidenti Mişel Platini FİFA qarşısında futbol oyunlarını beş hakimin idarə etməsi barədə təkliflə çıxış edib. “APA-Sport” agentliyinin məlumatına görə, M. Platini bildirib ki, iki hakim meydanda olması hər hansı səhvin baş vermə ehtimalını aradan qaldıracaq: “Biz hakimlərə yardım etməyə çalışırıq. Onların günahkar elan edilməsini istəmirik”. FİFA bu təklifi gələn ay müzakirəyə çıxaracaq. Lakin indidən ali futbol qurumunun M. Platininin mövqeyini dəstəklədiyi bildirilir. Bundan başqa, FİFA-nın martdan qol sevincini qeyd edən futbolçunun formasını çıxarmasını və ya başına keçirməsini qəti qadağan edəcəyi bildirilir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR