Bank Of Baku

Qazaxıstan yığması Azərbaycan millisi ilə yoldaşlıq görüşü keçirməkdən imtina edib

Qazaxıstan yığması Azərbaycan millisi ilə yoldaşlıq görüşü keçirməkdən imtina edib
# 15 fevral 2007 14:20 (UTC +04:00)
Qazaxıstanın 19 yaşlılardan ibarət yığma komandası Azərbaycandan olan həmyaşıdları ilə yoldaşlıq görüşü keçirməkdən imtina edib. Bu haqda “APA-Sport” agentliyinə AFFA-nın Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərov məlumat verib. B.Əsgərovun sözlərinə görə, qazaxıstanlıların imtinasına səbəb Azərbaycan yığmasından fərqli olaraq, ilkin qrup mərhələsində mübarizə aparmalarıdır. Hazırda isə AFFA İran Futbol Federasiyası ilə danışıqlar aparır.
Qeyd edək ki, yığmamız martın 5-dən 12-dək təlim-məşq toplantısına yığışacaq. Komandamız məhz gələn ay yoxlama görüşündə qüvvəsini sınamaq üçün rəqib axtarır. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR