Bank Of Baku

Polşa - Azərbaycan görüşünü idarə edəcək Anton Qenovun köməkçiləri müəyyənləşib

Polşa - Azərbaycan görüşünü idarə edəcək Anton Qenovun köməkçiləri müəyyənləşib
# 15 fevral 2007 14:23 (UTC +04:00)
Milli komandamızın Avropa çempionatının seçmə qrup mərhələsində Polşa yığması ilə martın 24-də səfərdə keçirəcəyi rəsmi görüşünü idarə edəcək Anton Qenovun köməkçiləri bəlli olub. “APA-Sport” agentliyinin məlumatına görə, 41 yaşlı bolqarıstanlı beynəlxalq dərəcəli hakimə həmvətənliləri Nikolay Anqelov, Nikolay Petrov və Xristo Ristoskov kömək edəcək. 38 yaşlı N.Anqelov 2003, 39 yaşlı N.Petrov 2004-cü ildən FİFA laynsmanı dərəcəsini daşıyırlar. Polşa ilə Azərbaycanın milli komandaları arasında oyunda dördüncü hakim olacaq 36 yaşlı X.Ristoskov isə 2004-cü ildən FİFA referisidir. A.Qenova gəlincə, 1999-cu ildən FİFA referisi dərəcəsinin daşıyan bu hakim ötən ilin martın 15-də Bolqarıstan çempionatında MOİK və “Liteks” klubları arasında görüşdə yol verdiyi səhvlərə görə, yerli futbol qurumu tərəfindən dörd oyunluq cəzaya məruz qalıb. Bundan başqa, o, ötən ilin sentyabrın 13-də keçirilən “Lokomotiv” - “Beroe” qarşılaşmasında zəif idarəçiliyinə görə də cəzalanıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR