Bank Of Baku

Şakir Qəribov: “Olimpiya yığmasına baş məşqçi təyin olunacağımı gözləyirdim”

Şakir Qəribov: “Olimpiya yığmasına baş məşqçi təyin olunacağımı gözləyirdim”
# 15 fevral 2007 16:16 (UTC +04:00)
“Olimpiya yığmasına baş məşqçi təyin olunacağımı gözləyirdim”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında bu gün 21 yaşlılardan ibarət Azərbaycan yığmasına baş məşqçi təyin olunan Şakir Qəribov bildirib. Ş.Qəribovun sözlərinə görə, ona yeni işi çətin olmayacaq: “Milli komandada məşqçi işləyərkən, eyni zamanda, aşağı yaş qruplardan ibarət yığma komandalara rəhbərlik edirdim. AFFA rəhbərliyi də bunu nəzərə alıb məni 21 yaşlılardan ibarət yığma komandaya baş məşqçi təyin etdi. Millidə məşqçi vəzifəsində qalıram. Olimpiya yığması ilə millinin oyununu üst-üstə düşərkən Şahin Diniyevə digər yığmalardakı məşqçilərdən biri kömək edəcək”.
Qeyd edək ki, Ş.Qəribov əvvəllər 17 və 19 yaşlılardan ibarət yığma komandalarda baş məşqçi işləyib. Bu dəfə 21 yaşlılardan ibarət yığma komandanı çalışdıracaq mütəxəssis martın 7-12 aralığında Qazaxıstanda təşkil olunacaq beynəlxalq turnirə milli komandamızla birgə yollana bilməyəcək: “Martın 4-də ölkə kuboku uğrunda ¼ final mərhələsinin ilk oyunlarından sonra çempionatda qısa fasilə yaranacaq. Həmin vaxt olimpiya yığmasına namizədləri bir araya gətirmək fikrindəyəm. Qarşıdakı tsiklin komandamız üçün uğurlu olacağını düşünürəm”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR