Bank Of Baku

Ceyhun Sultanov 19 nömrəli formanı geyinəcək

Ceyhun Sultanov 19 nömrəli formanı geyinəcək
# 16 fevral 2007 10:00 (UTC +04:00)
Futbol üzrə XV Azərbaycan çempionatının qış fasiləsində “Bakı”dan “Xəzər-Lənkəran” klubuna keçən Ceyhun Sultanov 19 nömrəli formanı geyinəcək. Bu haqda “APA-Sport” agentliyinə Ceyhun Sultanovun özü məlumat verib. Onun sözlərinə görə, bu nömrəni götürməsi təsadüfi deyil: “İndiyə kimi çıxış etdiyim komandalarda 10 nömrəli formanı geyinmişəm. Ancaq “Xəzər-Lənkəran” klubunda bu nömrə dostum Zaur Ramazanovdadır. Zaur dostum olmasaydı belə, komandada yeni futbolçu olduğumdan sevdiyim nömrəni sahibinin əlindən almaq düzgün çıxmazdı. Bu səbəbdən 1 və 9 rəqəmlərinin cəmi 10 etdiyindən 19-u seçdim”. C.Sultanov, həmçinin bildirib ki, geydiyi maykada 10-un əks olunması üçün 1 və 9 rəqəmləri arasında üstəgəl işarəsinin göstərilməsini istəyib. Ancaq bir sıra digər ölkələrin futbol birinciliklərindən fərqli olaraq, Azərbaycan çempionatında buna icazə verilməyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR