Bank Of Baku

Azərbaycan yığmasının sabiq kapitanı Vəli Qasımov Portuqaliyada futbol məktəbi yaradır

Azərbaycan yığmasının sabiq kapitanı Vəli Qasımov Portuqaliyada futbol məktəbi yaradır
# 16 fevral 2007 10:12 (UTC +04:00)
Futbol üzrə Azərbaycan milli komandasının sabiq futbolçusu Vəli Qasımov hazırda İspaniyanın Sevilya şəhərində yerli yarımhəvəskar “Helves” klubunu çalışdırır. “APA-Sport” agentliyinin məlumatına görə, karyerasını bitirdikdən sonra vaxtını ailəsinə və biznesə sərf etdiyini söyləyən V. Qasımov videokirayə açdığını, lakin bir müddət sonra satışa pirat disklər çıxdığına görə, bu obyekti saxlaya bilmədiyini bildirib. Milli komandamızın sabiq futbolçusu bundan sonra şəxsi bar açıb: “Lakin gecələr işləyib gündüzlər yatmaqdan bezdiyim üçün barı satdım. Hazırda isə futbol məktəbi açmaq arzusundayam. Bunun üçün Portuqaliyanın cənubundakı Albufeyra şəhərinin meri ilə görüşdüm. Burada futbol meydançaları çox azdır. Mer futbol meydançası tikmək üçün mənə torpaq sahəsi ayıracağına söz verib”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR