Bank Of Baku

“Olimpik” “Karvan”la oyuna itkisiz çıxacaq

“Olimpik” “Karvan”la oyuna itkisiz çıxacaq
# 16 fevral 2007 11:16 (UTC +04:00)
“Olimpik” ölkə çempionatının XV turunda sabah Yevlaxın “Karvan” klubuna qarşı “Şəfa” stadionunda keçirəcəyi oyuna itkisiz çıxacaq. “APA-Sport” agentliyinin məlumatına görə, “Olimpik” klubunun kapitanı Tərlan Əhmədov artıq zədəsini sağaldıb və 2004-2006-cı illərdə kapitanı olduğu “Karvan”a qarşı oynaya biləcək. Hesabat turunda “Bakı” ilə görüşdə meydana çıxa bilməyən “Olimpik” komandasının digər təcrübəli futbolçusu Vidadi Rzayev də bu oyunda forma geyinməyə hazırdır. “Bakı” ilə oyunda zədələnib əvəzlənən “Olimpik” komandasının braziliyalı legioneri Fabio Luis Ramimə gəlincə, o, artıq zədəsini sağaldaraq “Karvan”la oyunun hazırlığına qatılıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR