Bank Of Baku

FİFA hakimləri Babək Quliyevlə Fariz Yusifov təyinat alıblar

FİFA hakimləri Babək Quliyevlə Fariz Yusifov təyinat alıblar
# 16 fevral 2007 13:33 (UTC +04:00)
Futbol üzrə beynəlxalq dərəcəli hakimlərimiz Fariz Yusifov ilə Babək Quliyev XV Azərbaycan çempionatı çərçivəsində sabah Bakıda keçiriləcək oyunlara təyinat alıblar. “APA-Sport” agentliyinin məlumatına görə, F.Yusifov “Şəfa” stadionunda “Olimpik” - “Karvan”, B.Quliyev isə “Bakı” - “Turan” görüşünü idarə edəcək. F.Yusifova Ramiz Əsədov, Arif Ağayev və Eldar Nağıbəyov kömək edəcək. B.Quliyevin başçılıq etdiyi hakimlər briqadasında isə Elman Musayev, Ruhulla Kərimov və Venera Muradova yer alıblar. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR