Bank Of Baku

“MKT-Araz” cari mövsümdə ardıcıl 1:0 hesablı səkkizinci qələbəsini qazanıb

“MKT-Araz” cari mövsümdə ardıcıl 1:0 hesablı səkkizinci qələbəsini qazanıb
# 16 fevral 2007 14:17 (UTC +04:00)
Bu gün futbol üzrə XV Azərbaycan çempionatında XV turu çərçivəsində iki oyun keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, Qəbələdə “Gilan” klubunun qonağı olan “MKT-Araz” 1:0 hesablı qələbə qazanıb. İmişli klubunun qələbə topunu müdafiəçisi Saşa Yunisoğlu vurub. Qeyd edək ki, bu, “MKT-Araz” klubunun cari mövsümdə kubok oyunları da daxil olmaqla, 1:0 hesablı qazandığı ardıcıl səkkizinci qələbəsidir. Zaqataladakı stadionu təmirdə olduğundan ev oyunlarını Qaxda keçirən “Simurq” Sumqayıtın “Gənclərbirliyi” klubu ilə görüşdə 1:0 hesablı qələbə qazanıb. “Simurq”un qələbə topunun müəllifi oyunun birinci hissəsində fərqlənən ukraynalı hücumçu Vladimir Mazyar olub. Bu V.Mazyarın Azərbaycan çempionatında vurduğu ilk qoldur. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR