Bank Of Baku

AFFA milli komanda üzvlərini mükafatlandırıb

AFFA milli komanda üzvlərini mükafatlandırıb
# 16 fevral 2007 14:49 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəhbərliyi milli komanda üzvlərini mükafatlandırıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən “APA-Sport” agentliyinə verilən məlumata görə, Assosiasiya rəhbərliyi həmişə olduğu kimi, bu dəfə də uğurlu nəticə göstərən yığma üzvlərini mükafatlandırmaq qərarına gəlib. AFFA-nın mənzil-qərargahında təşkil olunan toplantıda federasiya rəsmiləri də iştirak ediblər. Qeyd edək ki, milli komandamızın fevralın 7-də Karşi şəhərində Özbəkistan yığması ilə keçirdiyi yoldaşlıq oyunu 0:0 hesabı ilə başa çatıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR