Mübariz Mənsimov: “Hər kəs öz pulunu saysa, daha yaxşı olar”
- Fikrimcə, layihələrimizi hamı görüb. Baxmayaraq ki, cəmi üç ildir yaranıb, komandam hazırda ölkənin ən güclülərindən biridir. Qısa zamanda ən müasir stadion inşa etdirmişik. Futbolçuların təlim-məşq keçməsi üçün ən yaxşı imkanlar yaradılıb. Rəhbərlik yalnız maddi cəhətdən deyil, mənəvi cəhətdən də hər zaman futbolçuların yanındadır. İnşallah, bunun daimi olması üçün hər şeydən öncə Azərbaycan çempionu olmalıyıq ki, Avropada ölkəmizi layiqincə təmsil edək. Avropa kuboklarında mərhələ keçdikcə, komandaya yeni futbolçular cəlb edəcəyik. Bununla yanaşı, Bakıda 8-14 yaşlı uşaqlar üçün futbol məktəbi də yaradacağıq.
- Futbol məktəbinin nə vaxt açılacağı gözlənilir?
- Məncə, bu il açılacaq. Klubun digər rəsmiləri bu işlə məşğuldurlar.
- Bakıda stadion problemi var...
- Biz stadionları təlim-məşq toplanışları üçün icarəyə götürəcəyik. Hazırda münasib stadion axtarırıq.
- Baş məşqçi Ağasəlim Mircavadovun fəaliyyətindən razısınız?
- Azərbaycanın ən yaxşı məşqçisidir. Onun haqqında yaxşı sözlərdən başqa heç nə danışmaq olmaz. Bunu bütün Azərbaycan bilməlidir.
- Ağasəlim Mircavadovla komandanızın sabiq baş məşqçisi Rasim Karanı müqayisə edə bilərsiniz?
- Rasim mənim dostumdur. Onun kimi mütəxəssisin Azərbaycanda çalışması müsbət amildir.
- Bakıya gəlişinizin səbəbi nə ilə bağlıdır?
- Atamın adı gününə gəlmişəm.
- “Neftçi” - “Xəzər-Lənkəran” oyunu xoşunuza gəldi?
- Bəli, hər iki komanda yaxşı oyun nümayiş etdirdi.
- Komandanızın oyununu sonuncu dəfə nə vaxt izləmisiniz?
- İlk dövrənin sonuncu görüşlərindən birinə baxmışdım.
- Necə hesab edirsiniz, komandanız bu oyunla çempionluğa layiqdir?
- Məncə, layiqdir. Azərbaycanın ən güclü klublarından biri olan “Neftçi” ilə oynayırıq.
- Futbolçularınıza çox pul verdiyinizi söyləyirlər...
- Hər kəs öz pulunu saysa, daha yaxşı olar. Mən bilərəm, kimə nə qədər pul verirəm. Hesab etmirəm ki, komandamda kimsə əbəs yerə pul alır. Çıxıb oynayıb, layiq olduqları pullarını alırlar.
- Çempionluğa iddia etsəniz də, komandanızdan milliyə az futbolçu çağırılır...
- Bu, baş məşqçinin seçimidir. Layiq görmür ki, çağırmır.
- Əgər komandanızdan milliyə futbolçu çağırılmırsa, belə çıxmırmı ki, futbolçularınız zəifdir?
- Mən bu sahədə mütəxəssis deyiləm. Yəqin ki, layiq görmürlər. Hər bir şəxs öz işi ilə məşğul olsa, yaxşıdır. Çağırırlarsa, layiqdirlər, çağırılmırlarsa, demək layiq deyillər.
- Ermənistan Azərbaycan yığmasının ardınca, Türkiyənin gənclər millisi ilə də eyni qrupda mübarizə aparmalıdır. Sizcə, bu UEFA-nın məqsədyönlü siyasəti deyil?
- Mən siyasətçi deyil, iş adamıyam. Belə şeylərlə qarışmıram.
- Azərbaycan Ermənistan görüşləri harada keçirilməsini təklif edərdiniz?
- Qarabağda!
- Çempionatın səviyyəsi sizi qane edirmi?
- Yox, Azərbaycan çempionatının səviyyəsi çox aşağıdır.
- Legioner limiti ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Bəlkə də AFFA bu qərarı yerli futbolçuları düşünərək verib. Əcnəbiləri milliləşdirib oynatmaqdansa, azərbaycanlı oyunçular yetişdirmək daha yaxşı olardı.
- Komandanızın çempion olması ilə hədəflərinizi bitmiş saymaq olarmı?
- Xeyr. Çempion olmaqla, hədəflərimizin yalnız 15 faizini həyata keçirmiş olarıq. “Xəzər-Lənkəran” yalnız Azərbaycan çempionu olmaq üçün yaradılmayıb. Məqsədimiz Azərbaycanı dünyada tanıtmaqdır.
- Bundan sonra da Azərbaycana yalnız prinsipial oyunlara baxmağa gələcəksiniz?
- Yox, hər zaman “Xəzər-Lənkəran”ın yanındayam. Mən oyunları hər zaman izləyirəm. Bunun üçün Azərbaycana gəlib-getməyim vacib deyil.
- Türkiyədə müğənni dostlarınız var. Onları klubunuzun reklamı məqsədilə Azərbaycana gətirmək fikriniz yoxdur?
- Futbol özü-özünü reklam etməlidir. Futbolçular çıxıb oyunları ilə azarkeşlərin rəğbətini qazanmalıdırlar. Məncə, bu vaxtadək Azərbaycan çempionatında stadionlara indiki kimi çox azarkeş gəlməyib.
- Amma bir o qədər də maraqlı oyun deyil...
- Deməzdim ki, maraqsız oyundur. İkinci dövrədə ilk oyunumuzdur. Tribunadan baxıb oyunun maraqsız keçdiyini söyləmək düzgün deyil.
- Türkiyə klublarını Azərbaycana dəvət etmək fikriniz yoxdur?
- Komandam çempion olandan sonra, Türkiyə çempionatının qızıl medalçısını Lənkərana dəvət edib, bu komanda ilə yoldaşlıq oyunu keçirəcəyik. /APA-Sport/
Döyüş növləri
Çempionlar Liqası: “Qalatasaray” ilk qarşılaşmada məğlub olub - NƏTİCƏLƏR
Boks üzrə U-19 Avropa çempionatında Azərbaycan millisinin daha 2 idmançısı 1/4 finala vəsiqə qazanıb
İslam Maxaçev İan Qerrini məğlub edərək çempionluq titulunu qoruyub
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub
Xəbər Lenti
Tramp İranla müharibənin Konqres seçkilərinədək başa çata biləcəyini istisna etməyib
Tramp: İran Demokratların qələbəsi ümidi ilə münaqişəni uzadır
Kanada və Ukrayna 100 illik tərəfdaşlıq haqqında deklarasiya imzalayıb
Oman sahilləri yaxınlığında iki gəmiyə hücum edilib
Livan və İsrail arasında danışıqlar gələn həftə Romada keçiriləcək
Vaşinqton Ər-Riyadla kəşfiyyat məlumatlarının mübadiləsini genişləndirib
“Fənərbaxça” Çempionlar Liqasına xalla başlayıb - YENİLƏNİB
Çempionlar Liqası: “Sabah” “Mançester Yunayted”ə böyük hesabla məğlub olub
Pezeşkian BRİCS sammitində iştirak etmək üçün Dehliyə gedəcək
Aziz Yıldırım: İsmail Kartal işinin başındadır
İran XİN rəhbəri Pakistan ordusunun komandanı ilə telefonla danışıb
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
Hacıqabulda ağır qəza, 1 nəfər ölüb, 2 nəfər yaralanıb
ABŞ İrana qarşı sanksiya siyahısına 14 fiziki şəxs və 5 şirkəti əlavə edib
Əlcəzair BƏƏ təyyarələri üçün hava məkanını bağlayacaq
Karni: Kanada və Ukrayna HHM raketlərinin tədarükünü razılaşdırıb
ABŞ Argentinaya “Black Hawk” helikopterlərinin satışını təsdiqləyib
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb
CENTCOM: İranın blokadası zamanı 96 ticarət gəmisinin marşrutu dəyişdirilib
İran ABŞ ordusuna aid pilotsuz sualtı qayığı vurub - VİDEO
Tramp: İranın İordaniyadakı bazaya endirdiyi zərbələr nəticəsində ABŞ təyyarələrinə zərər dəyməyib
Ömər Çelik: Türkiyə Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etməyə hazırdır
Rusiya ordusu Pavloqrada dron zərbəsi endirib: 3 nəfər ölüb, azı 34 yaralı var
"Botafoqo" Hakim Ziyeşi transfer edib
Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
Şəmkirdə istixanada yanğın olub - VİDEO
Sentyabrın 6-da keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb
CICA konfransının iştirakçıları Bakı Limanının fəaliyyəti ilə tanış olublar - FOTO
AccessBank nağd kreditlər üzrə 7%-dək endirim kampaniyasına yenidən start verib
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində növbəti panel müzakirə keçirilib - FOTO
Səfir: Meksika ilə Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq edəcək - MÜSAHİBƏ
FHN-in Şimal-qərb Regional Mərkəzi mülki müdafiə kursları keçirib - FOTO
Zurab Pataradze: Acarıstan üçün Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır
Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
Azərbaycanlı bacı-qardaş Rusiyada yol qəzasında ölüblər
Xəzər rayonunda 33 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb
İmişlidə nikah yaşına çatmayan qızla 31 yaşlı şəxsin toy mərasiminin qarşısı alınıb
Azərbaycan-Aİ əməkdaşlığının gündəliyində duran əsas məsələlər müzakirə olunub
Ağstafa, Göygöl, Ağdam və Füzulidə su və kanalizasiya sistemləriylə əlaqədar torpaq alınacaq
Muxtar Babayev: 2030-cu ilədək elektrik şəbəkələrinə illik investisiyalar 600 milyard dollara çatmalıdır
Gəncədə minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Azərbaycanda pul baratları üzrə müsbət saldo 680 milyon dollara çatıb
Binəqədidə evdən 8000 manatlıq məişət və geyim əşyaları oğurlanıb, kirayənişin saxlanılıb
“PAŞA Sığorta” üç KASKO hadisəsi üzrə 150 min manatdan çox ödəniş edib
DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqlayıb
Mərkəzi Bankın Baş direktoru: Yüksək valyuta ehtiyatları xarici şoklara qarşı strateji buferdir - MÜSAHİBƏ
Kreml: Rusiya Qara dənizdə Ukrayna üçün silah daşımaqda istifadə olunan ticarət gəmilərinə zərbələri davam etdirəcək
2027-ci il qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlar açıqlanıb
Qarabağ və Şərqi Zəngəzurda 130 abidənin inventarlaşdırılması başa çatmayıb