Bank Of Baku

Ağasəlim Mircavadov: “Neftçi” klubunu və baş hakimi təbrik edirəm”

Ağasəlim Mircavadov: “Neftçi” klubunu və baş hakimi təbrik edirəm”
# 16 fevral 2007 17:38 (UTC +04:00)
“Neftçi” komandasına 0:1 hesablı məğlubiyyətdən sonra “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov keçirilən mətbuat konfransında oyunun baş hakimi İmanxan Sultaninin idarəçiliyindən razı qalmayıb. A.Mircavadov vaxtilə çalışdırdığı “Neftçi” klubunu qələbə münasibətilə təbrik etməklə yanaşı, kinayəli şəkildə İ.Sultanini də təbrik edib: “Qələbə münasibətilə “Neftçi”ni təbrik edirəm. Həmçinin, Sultanini. Hesab oyuna görə olmadı. Rəqib şansdan yararlanıb üç xala sahib çıxdı”. “APA-Sport” agentliyinin məlumatına görə, “Neftçi” klubunun baş məşqçisi Qurban Qurbanov isə sırf nəticəyə oynadıqlarını bildirib: “Bizim üçün oyunun keyfiyyəti maraqlı deyildi. Qələbə qazanıb, aradakı xal fərqini azaltmaq istəyirdik. Bu səbəbdən də sırf nəticəyə oynayıb, intriqanı daha da artırmış olduq. Hakimlərin işinə isə, həmişə olduğu kimi yenə şərh vermək istəmirəm”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR