Bank Of Baku

“Qarabağ” baş məşqçi Rasim Karanın rəhbərliyi altında qələbəyə həsrət qalıb

“Qarabağ” baş məşqçi Rasim Karanın rəhbərliyi altında qələbəyə həsrət qalıb
# 19 fevral 2007 08:22 (UTC +04:00)
Futbol üzrə XV Azərbaycan çempionatının XV turuna fevralın 17-də keçirilən üç oyunla yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, Qusarın “Şahdağ” klubunun qonağı olan Ağdamın “Qarabağ” komandası görüşü qolsuz bərabərliklə başa vurub. Bununla da, türkiyəli çalışdırıcı Rasim Kara “Qarabağ” komandasının baş məşqçisi kimi, iki oyundur qələbə qazana bilmir. Bakıda keçirilən hər iki oyunda isə meydan sahibləri qalib gəlib. Bakının “Olimpik” klubu Nizami Hacıyevin qolu sayəsində Yevlaxın “Karvan” komandası üzərində 1:0 hesabı ilə qələbə qazanıb. “Bakı” isə Tovuzun “Turan” komandasını braziliyalı hücumçusu Leandro Qomeşin vurduğu iki qolla 2:0 hesablı məğlubiyyətə uğradıb.

klub o q h m t x
1 MKT-Araz 14 9 3 2 14-5 30
2 Xəzər-Lənkəran 13 9 2 2 23-6 29
3 Neftçi 14 8 3 3 24-10 27
4 Bakı 14 7 4 3 12-4 25
5 İnter 13 7 4 2 20-6 25
6 Karvan 14 7 3 4 20-15 24
7 Olimpik 14 6 4 4 15-10 22
8 Turan 14 5 3 6 16-19 18
9 Qarabağ 13 3 5 5 10-13 14
10 Simurq 14 3 4 7 11-18 13
11 Gilan 14 2 2 10 7-27 8
12 Gənclərbirliyi 14 1 3 10 11-32 6
13 Şahdağ 13 0 4 9 6-24 4

Bombardirlər: Zaur Ramazanov (Xəzər-Lənkəran) 10 Yakuba Bamba (Karvan), Xəqani Məmmədov (Olimpik) - 8.
Növbəti turun oyunları fevralın 21-də və 22-də keçiriləcək. İlk oyun günü “Xəzər-Lənkəran” “Simurq”, ertəsi gün “Karvan” “Şahdağ”, “Qarabağ” “Gilan”, “İnter” “Neftçi”, “Gənclərbirliyi” “Bakı”, “Turan” “Olimpik” görüşləri baş tutacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR