Bank Of Baku

“Neftçi” klubunun serbiyalı hücumçusu Branimir Subaşiç həkim nəzarətindədir

“Neftçi” klubunun serbiyalı hücumçusu Branimir Subaşiç həkim nəzarətindədir
# 19 fevral 2007 08:27 (UTC +04:00)
“Neftçi” klubunun serbiyalı hücumçusu Branimir Subaşiç XVI tur çərçivəsində “İnter” ilə keçiriləcək oyunda meydana çıxa bilməyəcək. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən Branimir Subaşiçin sözlərinə görə, hazırda zədəli olduğundan komandasının məşq prosesindən kənarda qalıb. Qeyd edək ki, serbiyalı hücumçu hesabat turunda Lənkəranın “Xəzər-Lənkəran” klubu ilə görüşdə ayağından aldığı zərbəyə görə, oyunu davam etdirə bilməyərək əvəzlənməli olub. B.Subaşiç aldığı bu zədəyə görə, rentgen müayinəsindən keçdiyini bildirib: “Xəzər-Lənkəran”la oyunda rəqib futbolçu tərəfindən aldığım zərbə nəticəsində ayağım şişdi. Şiş çəkilmək üzrə olsa da, ağrılar qalıb. Hazırda normal gəzsəm də, məşq edə bilmirəm. Rentgen müayinəsinin nəticəsi ciddi xəsarət almadığımı göstərdi. Qarşıdakı turda meydana çıxmaq istəsəm də, bu, mümkün olmayacaq. Hazırda həkim nəzarətindəyəm və bir müddət müalicə olunub fərdi məşqlərlə kifayətlənməliyəm”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR