Bank Of Baku

UEFA Azərbaycanın “İntertoto” Kubokunda iştirakını təsdiqləməyib

UEFA Azərbaycanın “İntertoto” Kubokunda iştirakını təsdiqləməyib
# 19 fevral 2007 09:05 (UTC +04:00)
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2007-2008 mövsümündə “İntertoto” kuboku turnirində təmsil olunacaq ölkələrin siyahısını açıqlayıb. 50 ölkənin yer aldığı cədvələ Azərbaycan daxil edilməyib. AFFA-nın Yarışların Təşkili və Keçirilməsi Departamentinin rəisi Məlik Həsənov “APA-Sport” agentliyinə açıqlamasında siyahıda Azərbaycanın adının göstərilməməsini anlaşılmazlıq adlandırıb: “Hər il UEFA-dan bizə müvafiq sənəd göndərilir və biz turnirdə iştirak edib-etməyəcəyimiz barədə qitə futbol qurumuna məlumat veririk. Amma bu il belə sənəd göndərilməyib”. M. Həsənov UEFA ilə əlaqə saxlayıb məsələni araşdıracaqlarını və anlaşılmazlığı aradan qaldıracaqlarını bildirib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR