Bank Of Baku

Şahin Diniyev milli komandaya yeni futbolçular axtarır

Şahin Diniyev milli komandaya yeni futbolçular axtarır
# 19 fevral 2007 10:46 (UTC +04:00)
Azərbaycan yığmasının baş məşqçisi Şahin Diniyev milli komandaya yeni futbolçular axtarır. 41 yaşlı mütəxəssis martın 7-dən 12-dək Qazaxıstanda təşkil olunacaq “Alma-TV kuboku” turnirinə aparacağı futbolçuların adlarını fevralın 28-də keçiriləcək ölkə kubokunun ilk 1/4 final oyunlarından sonra açıqlayacaq. Bu haqda “APA-Sport” agentliyinə məlumatı Şahin Diniyevin özü verib. Baş məşqçinin sözlərinə görə, hələlik ikinci dövrənin arxada qalan iki turunun bəzi oyunlarını izləsə də, milli komandada oynamağa layiq futbolçu aşkar etməyib: “Hazırda hücumçu, cinah yarımmüdafiəçiləri və hücumameylli yarımmüdafiəçiyə daha çox ehtiyacımız var. Bu məqsədlə ölkə çempionatının ikinci dövrəsinin ilk turunda “Olimpik” “Bakı”, sonrakı turda isə “Neftçi” “Xəzər-Lənkəran” və “Olimpik” “Karvan” görüşlərini izlədim. Təəssüf ki, bu qarşılaşmaların heç birində milli komanda səviyyəsində futbolçu görmədim”. Ş. Diniyev hələ ikinci dövrədə mübarizənin yenicə başladığını və qarşıdakı turlarda milliyə yeni namizədlərin ortaya çıxacağına ümid etdiyini vurğulayıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR