Bank Of Baku

Futbol üzrə Azərbaycan çempionatının birinci dəstəsinin “Energetik” “Muğan” görüşündə qalmaqal yaranıb

Futbol üzrə Azərbaycan çempionatının birinci dəstəsinin “Energetik”  “Muğan” görüşündə qalmaqal yaranıb
# 19 fevral 2007 10:47 (UTC +04:00)
Futbol üzrə Azərbaycan çempionatının birinci dəstəsinin hesabat turunda qalmaqal baş verib. Mingəçevirdə yerli “Energetik” ilə Sabirabadın “Muğan” klubları arasında keçirilən görüş yarımçıq dayandırılıb. Bu haqda “APA-Sport” agentliyinə oyunun baş hakimi Hacıəli Ağayev məlumat verib. Onun sözlərinə görə, oyunun 71-ci dəqiqəsində “Energetik” üçüncü qolu vurarkən, “Muğan” komandasının futbolçuları qolun qaydalar çərçivəsində vurulmadığını iddia edərək meydandan çıxıblar. Qeyd edək ki, həmin vaxt mingəçevirlilər hesabda 2:0 irəlidə olub. Qalmaqala sabah keçiriləcək AFFA Nizam-İntizam Komitəsinin (NİK) iclasında baxılacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR