Bank Of Baku

Azərbaycan Finlandiya görüşünü italiyalı hakimlər briqadası idarə edəcək

Azərbaycan  Finlandiya görüşünü italiyalı hakimlər briqadası idarə edəcək
# 19 fevral 2007 10:59 (UTC +04:00)
Futbol üzrə Azərbaycan yığmasının 2008-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 28-də Bakıda Finlandiya millisi ilə keçirəcəyi oyunu idarə edəcək hakimlər müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, görüşü idarə etmək italiyalı hakimlər briqadasına həvalə edilib. Baş hakim Domeniko Messinaya Stefano Aylordi, Marsello Ambrozino və Paolo Takliavento yardımçı olacaq.
Qeyd edək ki, bu il FİFA referisi kimi beynəlxalq səviyyədə sonuncu oyunlarını idarə edəcək D.Messina 1998-ci ildən bu dərəcəni daşıyır. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR