Bank Of Baku

Azərbaycanın olimpiya yığmasının heyəti fevralın 25-də açıqlanacaq

Azərbaycanın olimpiya yığmasının heyəti fevralın 25-də açıqlanacaq
# 19 fevral 2007 11:18 (UTC +04:00)
Azərbaycanın futbol üzrə 21 yaşlılardan ibarət yığma komandası (U-21) martın 5-dən 12-dək Bakıda təlim-məşq toplanışına yığışacaq. Baş məşqçi Şakir Qəribov “APA-Sport” agentliyinə açıqlamasında fevralın 25-də açıqlanacaq milli komandanın heyətinə 23 futbolçu dəvət edəcəyini bildirib. Artıq özü üçün heyəti müəyyənləşdirdiyini vurğulayan Ş. Qəribov siyahıda 17 və 19 yaşlılardan ibarət yığmalarımızda çıxış edən oyunçuların olmayacağını vurğulayıb: “U-17 və U-19 Avropa çempionatının ikinci qrup mərhələsinə hazırlaşır. Buna görə, həmin yığmalarda çıxış edən futbolçuları hələlik U-21-ə çağırmaq istəmirəm”. Baş məşqçi, həmçinin, bildirib ki, ölkə çempionatının növbəti turunu da izlədikdən sonra seçimini qətiləşdirəcək. Ş. Qəribovun sözlərinə görə, toplanışın harada təşkil olunacağı və yoxlama oyunlarını hansı komandalarla keçirəcəkləri heyət açıqladığı vaxt bəlli olacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR