Bank Of Baku

Dmitri Kramarenko “Xəzər-Lənkəran” klubunun məşqlərindən kənarlaşdırılıb

Dmitri Kramarenko “Xəzər-Lənkəran” klubunun məşqlərindən kənarlaşdırılıb
# 19 fevral 2007 11:59 (UTC +04:00)
“Xəzər-Lənkəran” klubunun qapıçısı Dmitri Kramarenko qarşıdakı turda fevralın 21-də Lənkəranda Zaqatalanın “Simurq” komandası ilə keçiriləcək oyunu buraxacaq. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən Dmitri Kramarenkonun sözlərinə görə, hesabat turunda “Neftçi” ilə görüşdə əlindən aldığı zədə hazırda komandasının məşq prosesindən kənarda qalması ilə nəticələnib: “Sağ əlimdəki barmağım şişib. Klubumuzun Lənkərandakı tibbi mərkəzində bu gün müayinədən keçdim. Müayinənin nəticələri sınıq olmadığını göstərdi. Bununla belə, barmağım bərk əzilib və onu hərəkət etdirə bilmirəm. Bu isə komandanın hazırlığına qatılmağıma imkan vermir. Həkimlər barmağım sağalanadək məşq etməməyi tapşırıb. Müalicə üç-dörd gün çəkəcək. Bu müddətdə yüngül qaçışlarla kifayətlənməliyəm”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR