Bank Of Baku

Türkiyəli azarkeşlərin Yunanıstan Türkiyə görüşünü izləmələrinə qadağa qoyulub

Türkiyəli azarkeşlərin Yunanıstan  Türkiyə görüşünü izləmələrinə qadağa qoyulub
# 19 fevral 2007 11:59 (UTC +04:00)
Martın 24-də Yunanıstan və Türkiyənin futbol yığma komandaları arasındakı oyuna türkiyəli azarkeşlər aparılmayacaq. “APA-Sport” agentliyinin məlumatına görə, Türkiyə Futbol Federasiyasının rəhbərliyi Yunanıstandan olan həmkarları ilə bu haqda qarşılıqlı razılığa gəlib. Anlaşmaya əsasən, iki ölkənin milli komandalarının Türkiyədəki görüşünə də yunanıstanlı azarkeşlər gəlməyəcək.
Xatırladaq ki, 2006-cı il Dünya çempionatının seçmə qrup oyunlarında Türkiyə və Yunanıstan milliləri eyni qrupda mübarizə aparıb. Həmin vaxt nə Afina, nə də İstanbul şəhərlərində keçirilmiş matçlarda qonaq komanda azarkeşlərinə yer ayrılmışdı. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR