Bank Of Baku

Polşa Azərbaycan görüşünün yeri dəyişdirilib

Polşa  Azərbaycan görüşünün yeri dəyişdirilib
# 19 fevral 2007 13:28 (UTC +04:00)
Futbol üzrə Azərbaycan yığmasının 2008-ci il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində martın 24-də səfərdə Polşa yığması ilə keçirəcəyi oyunun yeri dəyişib. “APA-Sport” agentliyinin məlumatına görə, milli komandamızın qarşıdakı rəsmi görüşünün Krakov şəhərində keçirilməsi nəzərdə tutulsa da, polşalılar yığmamızı paytaxt Varşavada qəbul edəcək.
Qeyd edək ki, milli komandamız 2005-ci ilin martında Polşa yığmasına 0:8 hesablı ağır məğlubiyyətini məhz Varşavada almışdı. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR