Bank Of Baku

“Xəzər-Lənkəran” klubunun sabiq hücumçusu Oktay Dərəlioğlu xəsarət alıb

“Xəzər-Lənkəran” klubunun sabiq hücumçusu Oktay Dərəlioğlu xəsarət alıb
# 19 fevral 2007 13:32 (UTC +04:00)
“Xəzər-Lənkəran” klubunun sabiq hücumçusu Oktay Dərəlioğlu ağır xəsarət alıb. “APA-Sport” agentliyinin məlumatına görə, hazırda Türkiyə çempionatının II Liq B kateqoriyasının I qrupunda “Yalovaspor” klubunun formasını geyinən O.Dərəlioğlu “İnegölspor” ilə səfər matçında zədələnib. Oyunun 45-ci dəqiqəsində rəqib oyunçu ilə təkbətək mübarizədən sonra yıxılan veteran futbolçu meydanı xərəkdə tərk etməli olub. Bundan sonra o, təcili yardım maşını ilə İnegöl Dövlət Xəstəxanasına çatdırılıb. Əzələ bağlarında qırılma aşkarlanan təcrübəli hücumçunun uzun müddətədək sıradan çıxdığı bildirilir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR