Bank Of Baku

İmanxan Sultani “Neftçi” - “Xəzər-Lənkəran” görüşünün idarəçiliyinə görə yüksək qiymət alıb

İmanxan Sultani “Neftçi” - “Xəzər-Lənkəran” görüşünün idarəçiliyinə görə yüksək qiymət alıb
# 19 fevral 2007 14:19 (UTC +04:00)
“Neftçi” - “Xəzər-Lənkəran” qarşılaşmasını idarə edən İmanxan Sultaninin idarəçiliyi yüksək qiymətləndirilib. Bu haqda “APA-Sport” agentliyinə AFFA-nın Hakimlər Komitəsinin katibi Nizami Şərifov məlumat verib. N.Şərifovun sözlərinə görə, görüşün hakim-inspektoru Rüfət Əmirov İ. Sultaniyə 8,5 bal yazıb. “Olimpik” “Karvan” matçını idarə edən Fariz Yusifovla “Şahdağ” “Qarabağ” görüşünün baş hakimi Azad Mütəllimov da eyni miqdarda bala layiq görülüb. “Simurq” “Gənclərbirliyi” oyununun baş hakimi Ceyhun Haşımov 8,4 bal, “Gilan” “MKT-Araz” qarşılaşmasını idarə edən Vüsal Əliyev isə 8,1 bal alıblar. Ən aşağı qiymət (7,9 bal) “Bakı” “Turan” görüşünün referisi Babək Quliyevə yazılıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR