Bank Of Baku

Azərbaycan və Ermənistanın qadın futbol yığmaları eyni qrupda mübarizə aparacaq

Azərbaycan və Ermənistanın qadın futbol yığmaları eyni qrupda mübarizə aparacaq
# 19 fevral 2007 16:31 (UTC +04:00)
Bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında 19 yaşlılardan ibarət qadın futbolçular arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, püşkə əsasən, milli komandamız 2008-ci il Avropa çempionatının seçmə qrup mərhələsində işğalçı Ermənistan millisi ilə üz-üzə gələcək. Azərbaycan və Ermənistanla yanaşı, Ukrayna və Şotlandiya yığmaları da yeddinci seçmə qrupda yer alıb. Maraqlıdır ki, oyunlar sentyabrın 27-dən oktyabrın 2-dək Azərbaycanda keçiriləcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR