Bank Of Baku

“Neftçi”nin veteranları “Çelsi” və “Real” klubları ilə qarşılaşacaq

“Neftçi”nin veteranları “Çelsi” və “Real” klubları ilə qarşılaşacaq
# 20 fevral 2007 08:34 (UTC +04:00)
“Hazırda Valeri Lobanovskinin xatirəsinə veteranlar arasında mayda keçiriləcək beynəlxalq turnirin təşkilati işlərilə məşğul oluram”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında hazırda Odessada yaşayan futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Əhməd Ələsgərov bildirib. Ə.Ələsgərovun sözlərinə görə, Kiyevdə təşkil olunacaq turnirə Azərbaycanın “Neftçi” klubu ilə yanaşı, Gürcüstanın “Dinamo” (Tiflis), Ermənistanın “Ararat” (İrəvan), Özbəkistanın “Paxtakor” (Daşkənd), Rusiyanın “Spartak” (Moskva), MOİK, “Dinamo” (Moskva), “Zenit” (Sankt-Peterburq), Ukraynanın “Dinamo” (Kiyev), “Şaxtyor” (Donetsk), “Çernomorets” (Odessa), “Metallist” (Xarkov), İngiltərənin “Çelsi” (London) və “Arsenal” (London), Almaniyanın “Bavariya” (Münhen), İspaniyanın “Real” (Madrid) komandalarının veteranlarının dəvət olunması nəzərdə tutulub: “Fevralın 23-dək yarışın reqlamentini hazırladıqdan və turnirlə bağlı digər məsələləri həll etdikdən sonra komandalara teleqramlar göndərəcəyik. Bu klublar Kiyevə gələndən sonra turnirin püşkatma mərasimini keçirəcəyik”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR