Bank Of Baku

Gürcüstan klubları Anatoli Banişevskinin xatirə turnirinə qatılmaqdan imtina ediblər

Gürcüstan klubları Anatoli Banişevskinin xatirə turnirinə qatılmaqdan imtina ediblər
# 20 fevral 2007 08:47 (UTC +04:00)
Mərhum futbolçu Anatoli Banişevskinin anadan olmasının 61-ci ildönümü münasibətilə sabah yeniyetmələr arasında futbol turniri start götürəcək. Az öncə Gürcüstanın “Şevardeni” və “Qardabani” klubları turnirdə iştirak edəcəklərini təsdiqləsələr də, son anda Bakıya gəlməyiblər. Bu haqda “APA-Sport” agentliyinə “Neftçi” Veteranları Futbol Klubunun prezidenti Oqtay Abdullayev məlumat verib. O.Abdullayevin sözlərinə görə, Gürcüstan klubları əvvəllər bu turnirə qatılarkən, Olimpiya idman növləri üzrə milli komandalar üçün təlim-məşq bazasında qalırdılar. Lakin hazırda bazada təmir işləri getdiyindən, “Şevardeni” və “Qardabani” klublarının Bakıya gəlişi baş tutmayıb. Turnir isə Bakının yeniyetmələrdən ibarət altı komandasının iştirakı ilə baş tutacaq. Fevralın 23-dək keçiriləcək turnirdə “İnter”, “Vətən”, “Neftçi”, “Neftçi” İSM, “Binəqədi Bələdiyyəsi” və OEUGİM komandaları mübarizə aparacaq. Turnirin açılış mərasimi fevralın 21-də keçiriləcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR