Bank Of Baku

Emin Ağayev “Zvezda-Serpuxov” klubu ilə müqavilə bağlayıb

Emin Ağayev “Zvezda-Serpuxov” klubu ilə müqavilə bağlayıb
# 20 fevral 2007 09:13 (UTC +04:00)
Milli komandamızın keçmiş müdafiəçisi Emin Ağayevin Rusiya çempionatının ikinci dəstəsində çıxış edən Serpuxovo şəhərinin “Zvezda-Serpuxov” klubu ilə bir il müddətinə müqavilə bağlayıb. Bu haqda “APA-Sport” agentliyinə məlumatı Emin Ağayevin özü verib. 34 yaşlı futbolçunun sözlərinə görə, yeni komandasıyla rəsmi müqaviləyə imza tasa da, hələlik sonuncu dəfə çıxış etdiyi Bakının “Olimpik” klubu ilə danışıqlar başa çatmayıb: “Yeni komandamın prezidenti ilə “Olimpik” klubuna görə mənə ödənilməli olan kompensasiyayla bağlı söhbətim olub. Prezident aprelin 1-dək keçmiş klubum ilə hesablaşacaqlarını bildirdi. “Zvezda-Serpuxov” “Olimpik” klubuna həmin tarixədək kompensasiyanın ödəyəcəyi ilə bağlı zəmanət məktubu göndərəcək”.
Qeyd edək ki, Rusiya çempionatının ikinci dəstəsində yeni mövsüm apreldə başlayacaq. E.Ağayev yeni komandası ilə Rusiyanın Pyatiqorsk şəhərində keçirilən hazırlıq prosesini başa vuraraq Moskvaya qayıdıb. Hazırda istirahətdə olan milli komandamızın sabiq futbolçusu martın 2-də Türkiyənin Antalya şəhərinə iki həftəlik təlim-məşq toplanışına yollanacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR