Bank Of Baku

“Terek” klubunun rəhbərliyi Dmitri Kramarenkonu Rusiyaya dəvət edib

“Terek” klubunun rəhbərliyi Dmitri Kramarenkonu Rusiyaya dəvət edib
# 20 fevral 2007 09:52 (UTC +04:00)
Qroznı şəhərinin “Terek” klubu “Xəzər-Lənkəran”ın şərəfini qoruyan Dmitri Kramarenkonu Rusiyaya dəvət edib. Bu haqda “APA-Sport” agentliyinə Dmitri Kramarenkonun özü məlumat verib. 33 yaşlı qapıçısının sözlərinə görə, ötən il çıxış etdiyi “Terek” klubunun rəhbərliyi futbolçuya borcunu ödəmək fikrindədir. Ancaq qapıçı bu təklifi qəbul etməyib: “Hazırda Qroznıya gedə bilmərəm. Hüquqşünasım “Terek” rəhbərliyi ilə apardığı danışıqlarda Rusiyaya getməyimə ehtiyac olmadığını bildirib. O, bank hesabımın olduğunu qroznılıların diqqətinə çatdırıb”.
Qeyd edək ki, “Terek” klubundan Rusiyanın Peşəkar Futbol Liqasına şikayət edən milli komandamızın sabiq qapıçısı fevralın 15-dək pulunu almalı idi. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR