Bank Of Baku

Şamil Heydərov Azərbaycanın qızlardan ibarət milli komandalarının baş məşqçisi təyin edilib

Şamil Heydərov Azərbaycanın qızlardan ibarət milli komandalarının baş məşqçisi təyin edilib
# 20 fevral 2007 10:51 (UTC +04:00)
Futbol üzrə 17 və 19 yaşlı qızlardan ibarət Azərbaycan yığma komandalarını Şamil Heydərov çalışdıracaq. Bu haqda “APA-Sport” agentliyinə AFFA-nın Milli komandalar Departamentinin rəisi Bəhruz Əsgərov məlumat verib. Onun sözlərinə görə, Şamil Heydərovla 2007-ci ilin sonunadək müqavilə bağlanması nəzərdə tutulub. Qeyd edək ki, Ş.Heydərov eyni zamanda, 15 yaşlı oğlanlardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisidir. B.Əsgərov mütəxəssisin yeni təyinatından sonra hazırkı postunu tərk edəcəyini bildirib: “Heydərov müvəqqəti oğlanları çalışdıracaq. 15 yaşlılardan ibarət yığma komandaya bir həftəyə yeni baş məşqçi təyin etdikdən sonra o, qızlardan ibarət komandada çalışacaq”.
Qeyd edək ki, Ş.Heydərov ötən ilin sonunda futbol üzrə qadınlardan ibarət əsas yığmanın baş məşqçisi kimi komandanı Rumıniyaya Avropa çempionatının seçmə mərhələ oyunlarına aparmışdı. B.Əsgərov əsas yığmanın yenidən Ş.Heydərova tapşırılacağını istisna etməyib: “Qadınlardan ibarət əsas yığmamız bu il beynəlxalq səviyyədə çıxış etmədiyindən, bu komandanın baş məşqçi postuna təyinat gündəmdə deyil. Ancaq əsas yığmanın üzvləri baş məşqçinin Heydərovun olmasını istəyirlər. AFFA da Heydərovun işindən razı olduğundan, əsas yığmanı da ona tapşırmaq fikrindəyik”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR