Bank Of Baku

UEFA 19 yaşlı qızlardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə oyunlarının təşkilatçılıq hüququnu Azərbaycandan alıb

UEFA 19 yaşlı qızlardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə oyunlarının təşkilatçılıq hüququnu Azərbaycandan alıb
# 20 fevral 2007 11:42 (UTC +04:00)
19 yaşlı qızlardan ibarət yığma komandamız Avropa çempionatının seçmə mərhələ oyunlarını Ukraynada keçirəcək. Bu haqda “APA-Sport” agentliyinə AFFA-nın Milli komandalar Departamentinin rəisi Bəhruz Əsgərov məlumat verib. Onun sözlərinə görə, Azərbaycanda keçirilməli olan qrup oyunları Ukraynaya salınıb: “Ölkəmizdə səfərdə olmuş UEFA-nın nümayəndəsi Bruno Volsfburq bu məsələnin həlli ilə məşğuldur. O, hazırda bu məqsədlə Ukraynada işgüzar səfərdədir. Azərbaycan müxtəlif yığmaların Avropa çempionatının seçmə mərhələ oyunlarına ev sahibliyi edəndə Bruno Volsfburqun bir neçə dəfə Bakıya səfər edib. UEFA rəsmisi AFFA-nın baş katibi Fuad Əsədovla əlaqə saxlayaraq, oyunların Ukraynada keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıb. Biz qrup oyunlarının Ukraynada təşkil olunmasına etiraz etmirik. Bizimlə eyni qrupa düşən şotlandiyalılar da Ukraynada oynamağa razıdırlar. Belə olan halda, qrupumuzda yer alan ermənilərin buna razılıq verib-verməyəcəyi önəmli deyil”.
Qeyd edək ki, 2008-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 19 yaşlı qızlardan ibarət yığma komandamızın yer aldığı 7-ci qrupun oyunlarının sentyabrın 27-dən oktyabrın 2-dək keçirilməsi nəzərdə tutulub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR