Bank Of Baku

“İnter” “Neftçi” görüşünü Vüsal Əliyev idarə edəcək

“İnter”  “Neftçi” görüşünü Vüsal Əliyev idarə edəcək
# 20 fevral 2007 14:09 (UTC +04:00)
AFFA-nın Hakimlər Komitəsi futbol üzrə XV Azərbaycan çempionatının XVI turunun oyunlarını idarə edəcək hakimlərin təyinatını açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, turun mərkəzi “İnter” - “Neftçi” görüşünü idarə etmək FİFA hakimi Vüsal Əliyevə tapşırılıb. V.Əliyevə Ramiz Əsədov, Vaqif Ayvazov və Elvin Əsgərov kömək edəcək. Digər FİFA hakimlərimizdən Fariz Yusifov fevralın 22-də “Qarabağ” “Gilan”, Babək Quliyev isə “Gənclərbirliyi” “Bakı” görüşünə baş hakim təyin olunub. Həmin gün keçiriləcək digər oyunlara gəlincə, “Karvan” “Şahdağ” oyununu Ceyhun Haşımov, “Turan” “Olimpik” matçını İmanxan Sultani idarə edəcək. Sabah keçirilməsi nəzərdə tutulan “Xəzər-Lənkəran” “Gilan” oyunun baş hakimi isə Anar Niyazov olacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR