Bank Of Baku

AFFA “Simurq” və “Xəzər-Lənkəran” klublarını cərimələyib

AFFA “Simurq” və “Xəzər-Lənkəran” klublarını cərimələyib
# 20 fevral 2007 14:17 (UTC +04:00)
AFFA-nın Nizam-İntizam Komitəsi “Simurq” və “Xəzər-Lənkəran” klublarının hər birini 1000 manat cərimələyib. “APA-Sport” agentliyinin məlumatına görə, ölkə çempionatının hesabat turunda “Simurq” Sumqayıtın “Gənclərbirliyi” komandası ilə Qaxdakı görüşün 72-ci dəqiqəsində azarkeşlər tərəfindən meydana kənar əşyalar atdığına, “Xəzər-Lənkəran” isə “Neftçi” ilə oyunda beş futbolçusu sarı vərəqə aldığından ziyana düşüb. Bakının “Standart” komandasının baş məşqçisi Vladislav Qədirov Bərdədə yerli ABN klubu ilə oyunun birinci hissəsinin dördüncü uzatma dəqiqəsində baş hakim Fazil Mürşüdovu təhqir etdiyi üçün 400 manat cərimələnib və dörd oyun texniki zonadan kənarlaşdırılıb. Mingəçevirdə “Energetik” ilə oyunda meydanı özbaşına tərk edən Sabirabadın “Muğan” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilməklə, 1000 manat cərimələnib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR