Bank Of Baku

Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasına iki yeni futbolçu çağırılıb

Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasına iki yeni futbolçu çağırılıb
# 20 fevral 2007 15:48 (UTC +04:00)
Futbol üzrə Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasına (U-17) ilk dəfə Belarus çempionatında çıxış edən iki həmyerlimiz çağırılıb. Bunlar BATE-nin hücumçusu Ceyhun Mürsəlovla “Molodense”nin yarımmüdafiəçisi Rafael Qəhrəmanovdur. U-17-nin baş məşqçisi Yaşar Vahabzadənin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, hələ yanvarın əvvəllərində Belarusun paytaxtı Minskdə beynəlxalq turnirdə olduqları vaxt C. Mürsəlov və R. Qəhrəmanov onlara yaxınlaşaraq yığmamızda çıxış etmək istədiklərini bildiriblər: “Futbolçular Bakıda doğulduqlarını və sonradan ailəlikcə Minskə köçdüklərini bildirdilər. Biz də onların sənədlərinə baxdıq. Həqiqətən də azərbaycanlı olduqlarından yığmaya cəlb etdik”. Miskdə yerli məşqçilərlə həmyerlilərimiz barədə söhbət etdiyini bildirən Y.Vahabzadənin sözlərinə görə, futbolçuların pis təsir bağışlamadığını öyrənib. Baş məşqçi C. Mürsəlovla R. Qəhrəmanovun Rusiyanın Krımsk şəhərində keçiriləcək təlim-məşq toplantısında yoxlanılacağını vurğulayıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR