Bank Of Baku

“Beşiktaş”ın sabiq hücumçusu “erməni soyqırımına” etiraz olaraq Fransa parlamenti qarşısında soyunacaq

“Beşiktaş”ın sabiq hücumçusu “erməni soyqırımına” etiraz olaraq Fransa parlamenti qarşısında soyunacaq
# 20 fevral 2007 16:16 (UTC +04:00)
“Qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunacağı barədə qəbul edilən qanuna etiraz əlaməti olaraq Fransa parlamentinin binası qarşısında soyunacam”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri hazırda Türkiyədə yaşayan İstanbulun “Beşiktaş” komandasının sabiq fransalı hücumçusu Paskal Numa deyib. P.Numa bu hərəkəti ilə qanunun ləğvinə nail olmaq arzusunu ictimaiyyətə və parlamentarilərə çatdırmaq istəyində olduğunu bildirib. Fransız futbolçusu parlament binası qarşısında “soyqrım olmayıb” şüarını da nümayiş etdirəcəyini vurğulayıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR