Bank Of Baku

Paolo Maldini Çempionlar Liqasında 100-cü oyununu keçirib

Paolo Maldini Çempionlar Liqasında 100-cü oyununu keçirib
# 21 fevral 2007 08:23 (UTC +04:00)
İki aylıq fasilədən sonra Çempionlar Liqasının oyunları start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, 1/8 final mərhələsi çərçivəsində ilk oyun günü keçirilən dörd qarşılaşmanın ikisində meydan sahibləri, birində qonaqlar qələbə qazanıb, digər bir oyunda qalib müəyyənləşməyib. Şotlandiyada “Seltik”lə oyunda italiyalı Paolo Maldini (“Milan”) Çempionlar Liqasında 100-cü görüşünü keçirib. Raul Qonsales (“Real”) “Bavariya” ilə qarşılaşmada iki dəfə fərqlənərək Çempionlar Liqasında vurduğu qolların sayını 56-ya çatdırıb.
“Lill” (Fransa) “Mançester Yunayted” (İngiltərə) 0:1
Giqqz, 83.
“PSV Eyndhoven” (Hollandiya) “Arsenal” (İngiltərə) 1:0
Mendes, 61.
“Real” (Madrid, İspaniya) “Bavariya” (Almaniya) 3:2
Raul, 11; 30; van Nistelroy, 35 Lusio, 24; van Bommel, 88.
“Seltik” (Şotlandiya) “Milan (İtaliya) 0:0
Bu gün keçiriləcək “Roma” (İtaliya) “Lion” (Fransa), “Barselona” (İspaniya) “Liverpul” (İngiltərə), “Portu” (Portuqaliya) “Çelsi” (İngiltərə) və “Inter” (İtaliya) “Valensiya” (İtaliya) görüşləri ilə 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR