Bank Of Baku

“Turan” klubunun prezidenti Rəşid Məhərrəmov: “Heç vaxt legionerlərin oyunu satması və ya qəsdən uduzmaları barədə fikir bildirməmişəm”

“Turan” klubunun prezidenti Rəşid Məhərrəmov: “Heç vaxt legionerlərin oyunu satması və ya qəsdən uduzmaları barədə fikir bildirməmişəm”
# 21 fevral 2007 09:17 (UTC +04:00)
“Bəzi mətbuat orqanları “Bakı” klubuna məğlub olduğumuz görüşdən sonra səsləndirdiyim fikirləri təhrif edib. Mən heç vaxt legionerlərin oyunu satması və ya qəsdən uduzmaları barədə fikir bildirməmişəm”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Turan” klubunun prezidenti Rəşid Məhərrəmov söyləyib. Klub prezidenti kimi futbolçulara, eləcə də, komandanın şərəfini qoruyan legionerlərə inandığını vurğulayan R.Məhərrəmov bəzi mətbuat orqanlarında fikirlərinin təhrif edilməsindən təəssüfləndiyini bildirib: “Komanda rəhbərliyi, azarkeş auditoriyası öz futbolçularına, legionerlərinə inanır. Belə əsassız məlumatlar “Turan”ın imicinə zərbədir. Heç vaxt legionerlərin “Bakı”ya qəsdən uduzmaları kimi fikir söyləməmişəm. Sadəcə, bu qarşılaşmada onların imkanlarından aşağı səviyyədə çıxış etdiklərini söyləmişəm. “Turan”da mükəmməl komanda formalaşdığından neqativ halların mövcudluğu mümkün deyil”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR