Bank Of Baku

“Neftçi” “Kayser” otelinə köçüb

“Neftçi” “Kayser” otelinə köçüb
# 21 fevral 2007 09:34 (UTC +04:00)
“Neftçi” “İnter” klubu ilə oyun öncəsi təlim-məşq toplanışına yığışıb. “APA-Sport” agentliyinin məlumatına görə, dördqat ölkə çempionu “Uzun ömür” İdman-Sağlamlıq Kompleksinin nəzdindəki “Kaiser” otelində məskunlaşıb. “İnter” ilə oyuna hazırlıq prosesində Respublika stadionunun xidmətindən yararlanan “Neftçi” bu gün “Səfa” stadionunda məşq prosesi keçəcək. “İnter” ilə sabahkı görüş saat 17:00-da başladığından “Neftçi” son hazırlığını bu vaxtda keçirəcək.
Qeyd edək ki, hələ də “Neftçi”nin məşq prosesindən kənar qalan serbiyalı hücumçu Branimir Subaşiçdən fərqli olaraq, gənc müdafiəçi Ruslan Abışov artıq zədəsini tam sağalıb və komandanın hazırlığına qatılıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR