Bank Of Baku

“Olimpik” “Turan”la oyuna Gəncədə hazırlaşacaq

“Olimpik” “Turan”la oyuna Gəncədə hazırlaşacaq
# 21 fevral 2007 09:43 (UTC +04:00)
XV Azərbaycan çempionatının XVI turu çərçivəsində sabah Tovuzda “Turan”la görüşəcək Bakının “Olimpik” klubu səfərə çıxıb. “APA-Sport” agentliyinin məlumatına görə, bu gün səhər saatlarında paytaxtı tərk edən “Olimpik” Gəncəyə yollanaraq oyuna hazırlıq məqsədi ilə son məşqini elə bu şəhərdə keçirəcək.
Qeyd edək ki, “Olimpik” səfərə itkisiz çıxıb. Çempionatın ikinci dövrəsində meydana çıxmayan 40 yaşlı yarımmüdafiəçisi Vidadi Rzayev artıq tam sağalaraq 1994-cü ildə heyətində çempion olduğu “Turan” komandasına qarşı oynaya biləcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR