Bank Of Baku

Valentin Xodukin: “Biz “Neftçi” klubunun zəif cəhətlərini yaxşı öyrənmişik”

Valentin Xodukin: “Biz “Neftçi” klubunun zəif cəhətlərini yaxşı öyrənmişik”
# 21 fevral 2007 10:16 (UTC +04:00)
“Biz “Neftçi” klubunun zəif cəhətlərini yaxşı öyrənmişik”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında sabah “Neftçi” klubunu qəbul edəcək “İnter”in baş məşqçisi Valentin Xodukin bildirib. Ukraynalı mütəxəssisin sözlərinə görə, rəqibin zəif tərəfləri ilə yanaşı, güclü tərəflərini də yaxşı bilirlər: “Fikrimcə, “Neftçi” haqda geniş danışmaq yersiz olardı. Bu komandanın adı, elə hər şey deməkdir. Belə rəqiblə görüşdə heç vaxt ehtiyatı əldən vermək olmaz. “Neftçi”nin “Xəzər-Lənkəran” klubu ilə görüşünü izləmişəm. Bu oyunda “Neftçi” gücünü göstərib çempionatın liderini məğlub etdi. Sabahkı oyunda da rəqibimizdən belə əzmkarlıq gözləməyə dəyər. Ancaq təbii ki, hər bir komanda kimi “Neftçi”nin də zəif cəhətləri də var. Biz bu boşluqlardan maksimum yararlanmağa çalışacağıq”. V.Xodukinin sözlərinə görə, belə oyunlarda hazırlıqla yanaşı, bəxt amili də həlledici rol oynayır. Ukraynalı baş məşqçinin “Neftçi” klubundakı həmkarı Qurban Qurbanov isə hazırda komandasını yalnız nəticə maraqlandırdığını vurğulayıb: “Hesabat turunda istirahət edən “İnter”lə aramızda iki xal fərqi var. Rəqib qələbə qazanmaqla, yenidən bizi turnir cədvəlində qabaqlamaq iddiasında olacaq. Buna imkan verməməliyik. Sabahkı görüşdə nəticəyə oynayacağıq. “İnter” “Neftçi” üçün həmişə çətin rəqib olub”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR