Bank Of Baku

“İnter” “Neftçi” ilə oyuna itkisiz çıxacaq

“İnter” “Neftçi” ilə oyuna itkisiz çıxacaq
# 21 fevral 2007 11:00 (UTC +04:00)
“İnter” sabah XVI tur çərçivəsində “Neftçi” ilə keçirəcəyi oyuna itkisiz çıxacaq. “APA-Sport” agentliyinin məlumatına görə, komandanın heyətində olan problemlər həllini tapıb. “İnter” klubunun ikinci dövrədə adları oyunların iştirak ərizəsinə daxil edilməyən serbiyalı müdafiəçiləri Nikola Yoloviçlə Milan Zaqorats artıq zədələrini sağaldaraq “Neftçi” ilə görüşün hazırlığında iştirak edirlər. Komandanın kapitanı Elmar Baxşıyevin cəzası artıq başa çatıb və o, “Neftçi”yə qarşı oynamaqla çempionatın ikinci dövrəsində ilk dəfə meydana çıxmış olacaq. Vətənində cərrahiyyə əməliyyatına məruz qalan ukraynalı yarımmüdafiəçisi Sergey Çernyakın mövqeyində isə Litva yığmasının yarımmüdafiəçisi Tomas Rajanauskas meydana çıxacaq. Bununla, T.Rajanauskas sabah Azərbaycan çempionatında debüt edəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR