Bank Of Baku

Yaşar Vahabzadə: “Yığmaya çağırılan 10 futbolçunun klubsuz olması, onların zəifliyinə dəlalət etmir”

Yaşar Vahabzadə: “Yığmaya çağırılan 10 futbolçunun klubsuz olması, onların zəifliyinə dəlalət etmir”
# 21 fevral 2007 11:07 (UTC +04:00)
“Yığma komandaya çağırılan 10 futbolçunun klubsuz olması, onların zəifliyinə dəlalət etmir”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasının baş məşqçisi Yaşar Vahabzadə bildirib. Baş məşqçinin sözlərinə görə, hazırda klubsuz qalan futbolçular əvvəllər müxtəlif komandaların əsas və əvəzedici heyətlərində çıxış ediblər. Y.Vahabzadə bildirib ki, heyətə cəlb etdiyi klubsuz futbolçularla hazırda güclülər dəstəsi və birinci dəstə komandaları maraqlanırlar: “Amma bu futbolçular daha iddialı komandalarda çıxış etmək istədiklərindən, hələlik gözləmə mövqeyi tutublar”.
Qeyd edək ki, baş məşqçinin heyətə cəlb etdiyi Səlahət Ağayev, Zahid Quliyev, Sərraf Yusifzadə, Amit Quluzadə, Orxan Həsənov, Mircavad Nağıyev, Fariz Məmmədov, Novruz Məmmədov, Vəfadar Quliyev və Tural Səfərov heç bir klubda çıxış etmirlər. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR