Bank Of Baku

Rasim Kara: “Aprelədək yaranan fasilədən maksimum yararlanmağa çalışacağıq”

Rasim Kara: “Aprelədək yaranan fasilədən maksimum yararlanmağa çalışacağıq”
# 21 fevral 2007 12:28 (UTC +04:00)
Ağdamın “Qarabağ” klubu fevralın 22-dən aprelin 3-dək XV Azərbaycan çempionatında oyun keçirməyəcək. Təqvimə əsasən, 40 gün meydana çıxmayacaq komanda “Ruslan-93“ İdman-Sağlamlıq Kompleksində hazırlıq keçəcək. Bu haqda “APA-Sport” agentliyinə klubun baş məşqçisi Rasim Kara məlumat verib: “Sabah “Gilan” klubu ilə keçirəcəyimiz oyundan sonra futbolçulara 4-5 günlük istirahət verəcəyəm. Legionerlərimizdən türkiyəli Hakan Dəmir, serbiyalı Boyan İliç və gürcüstanlı Qoqa Berayanı vətənlərinə, yerli futbolçuları isə öz evlərinə göndərəcəyik. Martın əvvəllərində bəzi oyunçular milli komandanın düşərgəsinə çağırılacaqlar. Həmin futbolçular fevralın 12-dən sonra sərəncamımda olacaq. Ancaq bu futbolçular Polşa və Finlandiya millilərinə qarşı oyunlarda iştirak etmək üçün yenidən yığmaya cəlb ediləcək. Digərləri ilə gündə iki dəfə məşq keçib yerli klublarla yoldaşlıq görüşlərində qüvvəmizi sınayacağıq”. Baş məşqçi bildirib ki, dövrələrarası fasilədə heyətə cəlb etdikləri 15 yeni oyunçunun komandaya tam uyğunlaşması üçün uzun fasilədən maksimum yararlanacaqlar: “Biz bu müddətdə futbolsuz qalmayacağıq. Aprelədək yaranan fasilədən maksimum yararlanmağa çalışacağıq. Artıq “Bakılı” və “Şahdağ” klubları ilə yoldaşlıq görüşü keçirmək barədə razılığa gəlmişik”.
Qeyd edək ki, sabah “Gilan” klubu ilə qarşılaşacaq “Qarabağ” ölkə çempionatında növbəti oyununu aprelin 3-də “Bakı”ya qarşı keçirəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR