Bank Of Baku

Şenes Erzik: “Azərbaycan və Ermənistan arasında oyunların keçiriləcəyi yerlə bağlı UEFA martın 26-da qərar verə bilər”

Şenes Erzik: “Azərbaycan və Ermənistan arasında oyunların keçiriləcəyi yerlə bağlı UEFA martın 26-da qərar verə bilər”
# 21 fevral 2007 13:03 (UTC +04:00)
Bu haqda “APA-Sport” agentliyinə eksklüziv açıqlamasında UEFA-nın birinci vitse-prezidenti Şenes Erzik məlumat verib. S.Erzikin sözlərinə görə, martın 26-da UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçirilməsi planlaşdırılan İcraiyyə Komitəsinin iclasında bu məsələ müzakirə ediləcək: “UEFA Azərbaycan və Ermənistan yığmaları arasında oyunların harada keçirilməsi haqda rəsmi qərar çıxarmadığı üçün konkret heç nə söyləyə bilmərəm. Ancaq böyük ehtimalla, bu məsələ martın 26-da İcraiyyə Komitəsində müzakirə ediləcək. Həmin toplantıda Azərbaycanla Ermənistan arasında görüşlərin harada keçirilməsi haqda fikir mübadiləsi aparılacaq. Azərbaycanın Ermənistan yığmasını Bakıda qəbul etmək istəməməsinə gəlincə, bu haqda rəsmi qərardan sonra açıqlama verə bilərəm”.
Qeyd edək ki, təqvimə əsasən, Azərbaycan və Ermənistan yığma komandaları sentyabrın 8-də Bakıda, dörd gün sonra İrəvanda qarşılaşmalıdır. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR