Bank Of Baku

FİFA 2010-cu il dünya çempionatına qatılmaq üçün Milli Assosiasiyalara müraciət edib

FİFA 2010-cu il dünya çempionatına qatılmaq üçün Milli Assosiasiyalara müraciət edib
# 21 fevral 2007 13:15 (UTC +04:00)
Beynəlxalq Futbol Federasiyaları İttifaqı (FİFA) 207 ölkənin Milli Assosiasiyalara 2010-cu ildə Cənubi Afrika Respublikasında (CAR) keçiriləcək Dünya çempionatının təsnifat və seçmə mərhələlərinə qatılmaq üçün dəvət göndərib. “APA-Sport” agentliyinin məlumatına görə, təsnifat mərhələlərində iştirak etmək istəyən Milli Federasiyalar FİFA-nın dəvət məktublarını martın 1-dək doldurub geri göndərməklə, aprelin 23-də CAR-ın ikinci ən böyük şəhəri Durbanda təşkil olunacaq təsnifat mərhələsinin püşkatma mərasiminə qatılmaq hüququ qazanacaqlar.
Qeyd edək ki, CAR-ın təşkilatçı ölkə kimi iştirak etməyəcəyi seçmə oyunlardan final mərhələsinə altı qitədən 31 komanda vəsiqə qazanmalıdır. Avropadan bu mundiala daha çox - 13 komanda vəsiqə qazanacaq. Cənubi Amerikadan 4, Şimali və Mərkəzi Amerikadan cəmi 3 yığma təmsil olunacaq. Cənubi Amerika üzrə seçmə mərhələdə 5-ci olan komanda ilə Şimali və Mərkəzi Amerikanın 4-cü komandası öz aralarında pley-off matçları keçirməklə, Amerika qitəsindən 8-ci vəsiqənin taleyini müəyyənləşdirəcəklər. Təşkilatçı ölkədən başqa, Afrika qitəsindən 5, Asiyadan isə 4 komanda final mərhələsinə yüksələcək. Digər 1 vəsiqənin sahibi isə Asiya üzrə seçmə mərhələsində ən çox xal toplayan 5-ci komanda ilə Okeaniya qitəsinin lideri arasında keçiriləcək təsnifat görüşlərindən sonra bilinəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR