Bank Of Baku

Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasının Rusiyada təlim-məşq toplanışında qarşılaşacağı rəqiblər müəyyənləşib

Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasının Rusiyada təlim-məşq toplanışında qarşılaşacağı rəqiblər müəyyənləşib
# 21 fevral 2007 13:41 (UTC +04:00)
Futbol üzrə 17 yaşlılardan ibarət Azərbaycanın yığma komandasının Rusiyanın Krasnodar vilayətinin Krımsk şəhərində keçirəcəyi hazırlıq prosesindəki yoxlama oyunlarında rəqibləri bəlli olub. “APA-Sport” agentliyinin məlumatına görə, Krımskda üç yoxlama oyunu keçirməyi planlaşdıran yığmamız fevralın 27-də Volqoqradın “Olimpiya”, martın 1-də “Bataysk”, 3-də isə Naxodkanın “Okean” klubu ilə görüşəcək. Qeyd edək ki, bu komandalar Rusiya çempionatının aşağı dəstəsində çıxış edir. Fevralın 25-də səfərə çıxacaq yığmamız Bakıya martın 4-də qayıdacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR